SON XƏBƏRLƏR
“Retro”da qadını öldürən şəxsə 18 il iş verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 “Retro”da qadını öldürən şəxsə 18 il iş verilib
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.


[email protected]