Yükdaşımalarda azalma davam edir

Neftin qiymətinin düşməsindən sonra Azərbaycan hökumətinin ümid bəslədəyi sahələrdən biri də tranzitdir.

Artıq Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə tranzit layihələrinə diqqət artırılıb. Bir müddət öncə tranzit yükdaşıma taarifləri azaldıldı. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da yaradıldı. Ancaq deyəsən, bunların faydası olmayıb

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 41 milyon 356,4 min ton, yük dövriyyəsi isə 8 milyon 129,3 min ton-km olub. Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,9 faiz azalma olub. Komitənin məlumatın görə, bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 11,9 faiz və 24,7 faiz) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 6 milyon 171,2 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin 10 ayında dəhliz vasitəsilə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.


[email protected]