Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək

“Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”.

Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.


[email protected]