SON XƏBƏRLƏR
Tovuzda bir neçə mağazanı qarət edənlər saxlanılıb

Tovuz rayonunda bir neçə mağazanı qarət edən şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, onların oğurluq əməlləri rayon ərazisində baş verib. Belə ki, Alakol kənd sakinləri Elşən Ələsgərov və İlkin Həsənov rayon mərkəzinə gələrək əvvəlcədən müəyyən etdikləri satış mərkəzlərindən telefon, qol saatı, danışıq kartları və nağd pul oğurlayıblar. Onlar əldə etdikləri qənimətləri aralarında bölüşdürüb satmağa macal tapmamış Tovuz polisi gəncləri saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, dostlar özlərinə telefon almaq üçün mağazalara daxil olublar.

Tovuz RPŞ-nın İstintaq Şöbəsinin baş müstəntiqi Bərzani Abbasov "Report"a bildirib ki, Alakol sakinlərinin sahibkarlara vurduqları ziyanın miqdarı aparılacaq araşdırmalardan sonra məlum olacaq. Əvvəllər məhkumluq həyatı yaşamayan gənclərin digər cinayətlərdə iştiraklarının olub-olmadığı araşdırılır.


[email protected]