Karapetyan ərazi bütövlüyümüzü dəstəklədi
Ukraynada yaşayan erməni fəal Aram Karapetyan Ermənistanla Azərbaycan arasında sülh təşəbbüslərinə dəstək verən Bakı deklarasiyasına imza atıb.
Axar.az xəbər verir ki, Haqqın.az saytına müsahibə verən Karapetyan iki xalqın birləşməsinə və Qarabağ müharibəsinin fəsadlarının aradan qaldırılmasına Serj Sərkisyan rejiminin mane olduğunu bildirib. Aktivist Azərbaycan və Ermənistan prezidentlərini tezliklə Qarabağ konfliktini həll etməyə çağırıb.
Karapetyan Qarabağ konfliktinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib.
Qeyd edək ki, Karapetyan Bakı sülh platformasını dəstəkləyən altıncı erməni fəaldır. Bundan öncə Bakı deklarasiyasını Vahe Avetyan, Süzan Caginyan, Vahan Martirosyan, Armen Virabyan, Lusine Nersisyan dəstəkləyiblər. Virabyan Bakı sülh platformasını müdafiə etdikdən az sonra Ermənistan hüquq mühafizə orqanları onun ailəsini təhdid etməyə başlayıb. Əslən Azərbaycandan, Xankəndindən olan Nersisyan isə Qarabağı Azərbaycan torpağı adlandırdıqdan sonra qondarma rejimin xüsusi xidmət orqanları tərəfindən həbs edilib.
[email protected]