ABŞ hərbi gəmilərini rekord sayda artırır

ABŞ Hərbi Dəniz Donanması öz gəmilərinin sayını 355-ə çatdıracaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Defens Nyus” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Sayt bunu 1980-cı ildən sonra ABŞ tarixinin ən böyük genişlənməsi adlandırıb.

Vaşinqton bu gəmilər sırasına biri təyyarədaşıyan olmaqla 17 gəmi, 18 sualtı qayıq, 4 desant gəmisi və sairə əlavə etmək stəyir.

Qeyd edək ki, hazırda ABŞ ordusunda 308 gəmi var. ABŞ Hərbi Donanmasında isə 234 min nəfər hərbçi xidmət keçir.


[email protected]