Türkiyədə əsgərlərin olduğu avtobus partladılıb - 13 ölü, 48 yaralı+Yenilənib

Bu gün Türkiyədə daha bir partlayış baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Türkiyə saatı ilə saat 08:45-də meydana gəlib.

Kayserinin Erciyes Universiteti şəhərciyində avtobusda baş verən partlayış zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

***

Səhər saatlarında baş verən olayla bağlı bəzi detallar açıqlanıb. Şəhər sakinlərinin verdiyi məlumata görə, sivil geyimdə əsgərlərin olduğu avtobusa avtomobil yaxınlaşıb.

Bundan sonra maşında yerləşdirilən bomba işə düşüb.

***

Türkiyə Silahlı Qüvvələri partlayışda 13 əsgərin öldüyünü, 48-nin isə yaralandığını açıqlayıb. Türkiyədə əsgərlərin olduğu avtobus partladılıb - 13 ölü, 48 yaralı+Yenilənib


[email protected]