Xatirəyə dönən illər, Dədə Şəmşir-Ulu Öndər...

Yenə də qəhərləndim, yada düşdü o diyar,
Qaçqın düşən ellərim, Kəlbəcər deyib, ağlar...

***
Qələm alıb dedim: Yazım Kəlbəcərdən,
Sərvətlərlə üstü dolu, altı dolu o yerlərdən.
Yazım ulu, zəngin olan nəsillərdən,
Ellər:-Dədə, Ata deyən o ustad
Aşıq Şəmçirdən.
O şair ki, mənsub idi aliliyə,
Sözləri də, o ecazkar ifası da,
Ürəyi də, qəlbi kimi ap-aydındı,
O, dağların –Kəlbəcərin
Dağ vüqarlı övladıydı.
Əli açıq, könlü açıq,
Ürəyində xeyirxahlıq,
Bu xalqının, o yurdunun
Kəlbəcərin
Şairiydi, aşığıydı
Yüksəkdəydi varlığyıla
Sadə idi o, varıyla.
O var –sərvət məhəbbətdi
Şəmşirimdə.
Kök salmışdı qocaman bir
çinar kimi ürəyimdə.

* * *

Dədə Şəmşir sazın, sözün
Yadigardır bu ellərə,
Oğul, nəvə yadigardır,
Nümunədir nəsillərə.
O müqəddəs təməlinə
Söykənərək, bərkiyərək,
Ucaltmışdır O möhtəşəm,
Uca Bina!
Bir məbəd tək ziya saçır,
Məlun iblis ondan qaçır.
Bismillah söyləyərək, iş başına,
Keçən zaman, o lacivərd
səmalarda.
Ulduzlar sayrışanda da
O, çalışır Vətən üçün,
Aşıq Şəmşir yadigarı!
Tanıyır odlar diyarı,
Bütün xalqım.
Yaşa! Dərdi dağlar olan
Kəlbəcərim,
Vətənimə sən yetirdin
O xeyrxah insanları.
Tanrım! Var eylə onları.

* * *
Müsahibim- oxucular
Düşünməyin tərifdir bu,
Danılmaz həqiqət budur.
İnsan var ki, əyləşərək
Tanrıdan kömək diləyir,
Allah zəhmətkeşi sevir.
Dədə Şəmşir davamçısı,
Vətənimin ziyalısı,
Özü nurdur,
Həyatının hər bir ili
bir salnamə
Həsr olunmuşdur xalqına,
Vətəninə.

* * *
Şair Şəmşir çox sevirdi
O rəhbəri!
Vəsf edirdi, sazı ilə, sözü ilə
Öndərdə olan hünəri.
Gözləyirdi…Kəlbəcərə gələcəkdir
Böyük Rəhbər.
Gül-çiçəklə qarşılayıb
onu ellər,
Söhbətini dinlədilər.

* * *
….Dədə Şəmşir-Ulu Öndər
Yaz səhəri görüşdülər.
Gül açmışdı bağça-bağlar.
Başı qarlı uca dağlar
Sanki, salam söyləyirdi
Ulu Öndər dinləyirdi.
Dədə Şəmşirim deyirdi:
- Dahi insan, xoş gəlibdir
Bu yerlərin hər qarışı xəzinədir.
Şairləri, aşıqları sözlə dolu sinədir.
Adı kimi uca Heydər
Xalqımıza sadiq rəhbər,
Haqqına sığınıb ellər.
Hər bəladan qurtar bizi
Gülüstan et ölkəmizi.
Rəhbər deyir:
-Asıq Şəmşir,
Sənə böyük hörmətim var.
Sən Ululardan yadigar
söz ustadı
sənətkarsan,
Bu diyarda sən ki, varsan
Kəlbəcər də yaşayacaq
hər şerində, hər sözündə,
Sazın, sözün, böyüklüyün,
Bir kitabsan sən özün də.-
Oylaqlarda gəzib qoşa
Aşıq Şəmşirlə baş-başa.
Ulu Öndər seyr elədi
Son sözünü belə dedi:
-Mən gedirəm bu yerlərdən
Bir məhəbbət, bir də hörmət
aparıram ,
O məhəbbət, o etimad
El atası aşıq Şəmşir,
Qismət olsa bir də gəlləm
qonaq bir yaz,
Aşıq Şəmşir.

* * *
…Aylar ötüb, il olmuşdu
Dağları duman almışdı,
Aşıq bir az qocalmışdı.
Sazın səsi avazımış,
Deyib-gülən şair susmuş.
Arabir sazın alırdı
“Yanıq Kərəm”i çalırdı.
Bir də “Ayrılıq” qoşmasın
Tez-tez yadına salırdı...
Bir gün sübhətək yatmadı
Dərd qəlbini sızıldatdı.
Duydu...Artıq getməlidir...
Vəsiyyətin etməlidir...
Dedi:- Oğul məni dinlə
Məsləhətim var səninlə.
Birincisi son vidamdır;
Sizə demək istəyirəm,
son sözümü.
Geci-tezi vidalaşıb
yummalıyam mən
gözümü.
Amma ruhum dolaşacaq
Vətənimdə, bu yerlərdə.
Tapşırığım-yurdumuzdur!
Ermənilər çox acgözdür...
Zəbt ediblər Zəngəzuru
Ələsgər yurdu Göycəni
Basar-kaçər, İrəvanı.
Siz tanıyın o ilanı.
İlan daşnaksütunlardır
Zalımların, faşistlərin
Gözü var bu torpaqlarda,
Sərvət dolu bu diyarda.
Ehtiyatlı olun oğul,
Siz bu yolda möhkəm durun
Vətənə əmanətimiz,
Dahi Heydər rəhbərimiz,
Qoruyacaq xalqımızı
Hər xətadan, hər bəladan.
Övladlarım!
Nəvələrim!
Elim-obam!
Bütün Kəlbəcərlilərim!
O, əmanət rəhbərimiz,
Nurlu, Ulu Öndərimiz.
Siz qoruyun onu, hər an
Bizə yetiribdir zaman,
Odlar yurdu Azərbaycan
Qüdrət alacaqdır ondan.
O tanıdır ölkəmizi
Ucaldacaq Allah sizi.
Əgər haqqı tuta bilsəz
Ədalətli ola bilsəz,
O ədalət, o həqiqət
sahibi də
Uca Tanrım
Yollar açıb, deyər:
Buyur, get irəli...
Dədə Şəmşir tapşıraraq
övladlara
Bir Vətəni, bir Heydəri!
Getdi çox-çox uzaqlara....
Yumdu qara gözlərini....
Bitirdi son sözlərini...
Yola saldı son mənzilə
O şairi
Azərbaycan...

* * *
Sökülür dan, budur oğul
Xalq yolunda hey çalışır
yorulmadan.
Hər an onun qəlbindədir
Son sözlərin Dədə Şəmşir.
Mərd dayanıb, haqq yolunda
Çünki kök salıb qanında
Ata sözü, nəsihəti,
Ulu Öndər tapşırığı
Bir qanundur, həyat dərsi.
Qulağında o vəsiyyət,
Şəmşir səsi!
Vətən üçün, işıqlı gələcək üçün
O çalışır.

* * *
Haqq yolunun davamçısı
Dədə Şəmşirin nəvəsi,
Odur bariz nümunəsi
Xeyirxahlıq tacidarı.
Xalqım bilir, kimi sevir
Ziyalıdır, hər bir işdə
o məsuldur,
Düşüncəsi, özü nurdur.
Dayanıb haqqın yolunda,
Xeyirxahlıq amalında
kök salıbdır.
Dədə Şəmşirdən alıbdır
o qüvvəti.
Öndərimin davamçısı
Rəhbərimiz
Deyir hər an:
Doğru, dürüst çalışanın
verir zaman
Dəyərini, qiymətini.
Şair Şəmşir davamçısı
O oğullar,o nəvələr
Vətən üçün, xalq yolunda
Ləyaqətlə çalışaraq,
-Vətən var olsun-deyirlər!

* * *

Son söz

Röyasında: Dədə Şəmşir
Nalə çəkir, inildəyir:-
-İşğalda qalıb –deyir
- O sərvətli diyarım...

* * *
Oyanıb gecə yarı
baxıram pəncərədən
Qaçqın şəhərciyinə,
Bir qarı hey gəzinir
gecə-gündüz həyətdə,
-Yata bilmirəm- deyir
-Qaranlıq, kiçik evdə.
Yurdumu istəyirəm,
bağımı istəyirəm.
Alınsın Kəlbəcərim
tez qayıdaq-deyirəm
O, çiçəkli dağlara.
Xalqımın istəyidir
Bu niyyətlər Anacan
Tezliklə qalib olar
Vətənim Azərbaycan
Qarabağım, Laçınım,
Kəlbəcərim alınar,
Bölünmüş torpaqlarda
bir gün cəngi çalınar!
Ziyarət eyləyərik, şair-aşıq Şəmşiri
Deyərik: Rahat uyu, qayıdıbdır ellərin.
Aldıq işğalçılardan sərvətli torpaqları,
Bütövdür Azərbaycan,
Mərd igidlər diyarı,
O gün Ulu Öndərin
ruhu dilə gələrək:
- Mənim əziz Vətənim,
Gözün aydın-deyəcək!

Xatirəyə dönən illər, Dədə Şəmşir-Ulu Öndər... Xatirəyə dönən illər, Dədə Şəmşir-Ulu Öndər... Xatirəyə dönən illər, Dədə Şəmşir-Ulu Öndər...


[email protected]