Sosial şəbəkələr insan yaddaşına müsbət təsir edir - ALİMLƏR
Sosial şəbəkələrdəki yazı və şərhlər istifadəçilərə onların həyatında baş verən hadisələri daha yaxşı yadda saxlamağa kömək edir.
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, belə bir nəticəyə uzun müddət keçirilən araşdırmalardan sonra ABŞ-ın Kornellski Universitetinin alimlər qrupu gəlib.
Ali təhsil ocağının internet portalında bildiriblər ki, təhqiqatçılar 66 tələbədən bir həftə ərzində sosial şəbəkələrdə özünəməxsus gündəliklər tutmağı xahiş ediblər. Onlardan gündəlik olaraq hətta baş verən ən xırda məişəti hadisəsini də qeyd etmək xahiş olunub.
Tədqiqatın nəticələrinə əsasən, həyatda baş verən ən xırda epizodlar belə sosial şəbəkələrdə qeyd edildikdə, müzakirə olunmaq üçün daha bir imkan yaradır və insanlara daha sonrakı müddətdə onları nəinki baş verən hadisələri, hətta müzakirə edilən mövzuları belə əlaqələndirməyə imkan yaradır.
Alimlər qrupunun rəhbəri Tsi Vanın sözlərinə görə, əgər istifadəçilər şəxsi təcrübələrini daha yaxşı yadda saxlamaq istəyirlərsə, bunun üçün öz xatirələrini internetdə qeyd etməlidirlər.
[email protected]