Hər bir insanın həyatında kəlimələrin yetə bilməyəcəyi özəl günləri, qəlbinin, ruhunun danışdığı günləri vardır! Bunlardan ən özəli insanın həyata göz açdığı "AD" günüdür!
Bu gün ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Könül İbrahim qızı Səmədovanın Ad Günüdür!
Hər zaman nəzakətli, zərif davranışı, 'Əsil Xanımlılığı' ilə seçilən və nümunə olan, iş həyatında "LİDER XANIM",gözəl ana, parlaq gənc nəslin yetişməsində, pedoqoji fəaliyyətində misilsiz xidməti olan, dəyərli, hörmətli Professorumuz Könül xanım, Sizi ictimaifikir. az Xəbər Portalının rəhbərliyi başda olmaqla bütün kollektiv təbrik edir, ən xoş arzularımızı bildiririk! Sizə möhkəm can sağlığı, tükənməz enerji, ailənizdə səadət, rifah, iş fəaliyyətinizdə hər zaman olduğunuz kimi "LİDER XANIM" olasınız!
01.05.2026
