Həsənov Adil Nizami oğlu Bakı şəhəri, İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin müəllimi
9 Fevral – Beynəlxalq Voleybol Günü münasibətilə Voleybol Həftəsi çərçivəsində İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə nümunəvi bir idman tədbiri təşkil olunub. Məktəbin müəllim kollektivinin təşəbbüsü ilə keçirilən voleybol üzrə məktəbdaxili yarışmanın əsas məqsədi gənclərdə idmana marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və “sağlam bədəndə sağlam ruh” prinsipini təbliğ etmək olub. Tədbir yalnız idman yarışı ilə məhdudlaşmayıb, eyni zamanda yüksək sosial məzmunu ilə seçilib. Yarışa inklüziv yanaşma tətbiq edilərək daun sindromlu uşaqlar da oyuna cəlb olunub. Bu addım onların cəmiyyətin ayrılmaz və dəyərli üzvləri olduğunu bir daha nümayiş etdirib, həm iştirakçılara, həm də ictimaiyyətə güclü sosial mesaj ötürüb. Səmimi, dostluq və qarşılıqlı dəstək ruhunda keçən yarışma iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Müəllimlərin təşkilatçılığı və şagirdlərin fəallığı sayəsində tədbir yüksək səviyyədə baş tutub, idmanın birləşdirici və tərbiyəedici gücü aydın şəkildə hiss olunub. Belə təşəbbüslər gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verməklə yanaşı, inklüziv cəmiyyət dəyərlərinin formalaşmasına da xidmət edir.