YARADICI ÖMƏR
Ömər Əlizadə
Bakı şəhəri, Xətai rayonu
Rövşən Əliyev adına 254 nömrəli məktəbin "9 A" sinfinin şagirdi
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək həm çətin, həm də qürurverici bir işdir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də böyük məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri böyüməkdə olan nəslin keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə yaşaması üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Uşaq nəslin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.
Daim öz üzərində çalışaraq, oxumağı, öyrənməyi , nailiyyətləri ilə ailəsini, müəllimlərini sevindirməyi qarşısına məqsəd qoyan Ömər bala haqqında qısa məlumat:
Əlizadə Ömər Tural oğlu ziyallı ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından fərqli bacarıqları ilə hamını valeh edən Ömər öz sinif yoldaşlarından seçilir. Hazırda Ömər Bakı şəhəri, Xətai rayonu Rövşən Əliyev adına 254 nömrəli məktəbin
"9 A" sinfinin şagirdidir. O, bütün fənləri sevir, dərslərinə mükəmməl hazırlaşır. Ən çox sevdiyi fizika fənnindən isə öz yaradıcı təcrübələrini aparır. Bu təcrübələrdə o naqillərdən, lampalar və s. fiziki avadanlıqlardan istifadə edərək kəşflər etməyə çalışır. Yaradıcı Ömərin idmanın üzgüçülük növünə maraqı da yüksəkdir. Söhbət zamanı Ömər onun uğurlarında sinif rəhbəri Nuriyyə Hüseynovanın əməyinin danılmaz olduğunu qeyd etdi. Hər zaman ata və babasının tövsiyyələrini dinləyən Ömər gələcəkdə Kompüter-Mühəndisi ixtisasına yiyələnmək arzusundadır. Arzuların Çin olsun, yaradıcı Ömər!
18.01.2026
[email protected]