Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı 1948-ci il təvəllüdlü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



[email protected]