"Avtoşluq" edib videosunu yayan şəxs saxlanıldı

Tərtərdə VAZ markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən 26 yaşlı Kənan Tağızadə saxlanılıb.
bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə yayıb.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.
K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.



[email protected]