KDR-da silahlı şəxslər 23 nəfəri öldürüb

Konqo Demokratik Respublikasının şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.
“Report” xəbər verir ki, bu barədə İturi əyalətinin yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilir ki, Konqonun İnkişafı naminə Kooperativi”nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.
Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.
Qeyd olunur ki, CODECO təxminən 25 il əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan lendu xalqının silahlı şəxslərindən yaranıb.



[email protected]