Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/05/unnamedjpg-1714861440.jpg
Son illər rayonda baramaçılığa maraq xeyli artıb. Hər il bu sahədən yaxşı qazanc götürən kümçülər növbəti mövsüm daha çox barama qurdu götürür, ona yüksək səviyyədə qulluq göstərərək daha çox məhsul istehsalına nail olurlar. 
Keçən il 61 kümçü 150 qutu ipəkqurdu götürərək 4633 kiloqramdan çox yaş barama təhvil vermişlər. Artıq bir neçə gündür ki, builki barama mövsümünə də start verilmişdir. Kümçülər bu mövsümə ciddi hazırlıq işləri görmüşlər - barama saxlanacaq yerlər qaydaya salınmış, binalar zərərvericilərə qarşı dezinfeksiya edilmişdir. 
Cari il rayonun  35 yaşayış məntəqəsində ipəkqurdu bəslənəcək. Kümçülər qarşılarına məqsəd qoymuşlar ki, bu il  6 ton barama istehsal etsinlər. Bunun üçün hər cür şəraitləri də var, ən başlıcası barama qurdlarının yemlənməsində elə bir çətinlikləri yoxdur. Rayon ərazisndə istənilən qədər tut ağacı əkilib.


[email protected]