Əfsanəvi avtomobil elektromobil kimi geri dönür

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/pic_2jpg-1714818916.jpg“Lynx Motors” şirkəti əfsanəvi “DeLorean DMC-12” avtomobilinin müasir versiyası olacaq “Lynx DMC-EV” adlı elektromobili anons edib. Şirkət bildirib ki, elektromobil hələ hazırlanma mərhələsindədir. Onun render fotoları təqdim edilib.
Təqdim edilmiş fotolardan da görmək olar ki, “Lynx DMC-EV” xarici görünüşcə “DeLorean DMC-12”ə bənzəyəcək. Lakin bununla belə o, tamamilə yeni gövdəyə sahib olacaq və gövdə müasir təhlükəsizlik tələbləri səbəbilə yeni texniki prinsiplər əsasında hazırlanacaq. Elektromobilin salonunda üstəlik sensorlu interfeyslər olacaq. “Lynx DMC-EV” iki nəfər sərnişin üçün nəzərdə tutulacaq.  Kağız üzərində yeni elektromobilin güc qurğusu olduqca maraqlı səslənir. Belə ki, mühəndislər “Lynx DMC-EV”i 4 ədəd “Elaphe L1600” adlı elektrikli mühərrik ilə təchiz etməyi planlaşdırırlar. Elektromobilin hansı göstəricidə at gücünə sahib olacağı qeyd edilməyib. Lakin məlumdur ki, 1 ədəd “Elaphe L1600” mühərriki 155 at gücünü təmin edir. Bu isə o deməkdir ki, elektromobil 600 at gücündən aşağısını təmin etməyəcək.
Elektromobil saatda 96 km sürəti 4 saniyəyə yığacaq. Bundan əlavə, o, bir dəfə şarj olunandan sonra 400 km yol qətt edə biləcək. Lynx Motors şirkəti 100 ədəd Lynx DMC-EV istehsal etməyi planlaşdırır. Onun nə zaman və hansı qiymətə satışa çıxacağı isə bilinmir.


[email protected]