“Philips”in yeni oyun monitoru təqdim edilib

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/pic_3jpg-1714819028.jpg

“Philips” şirkəti “Evnia” adlı monitor seriyasının yeni oyun modelini təqdim edib. Şirkətin yeni gaming monitoru “Philips Evnia 49M2C890” adlanır. Beləliklə sözügedən monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 49 düym QD-OLED ekranla təchiz olunub. Monitor əyilmiş dizayna sahibdir və onun ekranının maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran HDR-ı, 10 bit-lik rəngləri və AMD FreeSync Premium Pro texnologiyasını dəstəkləyir. Monitora 7.5 vatt gücündə səsgücləndiricilər quraşdırılıb. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün USB-C girişi 90 vatt çıxış gücünə sahibdir. Philips Evnia 49M2C890 artıq satışa çıxıb və onun qiyməti 1500$ təşkil edir.


[email protected]