SON XƏBƏRLƏR
Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, yanvarın 19-da saat 04:30-da "Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi "Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

 

 

 




[email protected]