Səudiyyə Ərəbistanında keçirilən tədbirdə Azərbaycan mədəniyyəti təbliğ edilib

Səudiyyə Ərəbistanının qərb əyalətinin Dammam və Dahran şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri Dahran Beynəlxalq Məktəbində keçirilən tədbirdə ölkəmizi təmsil ediblər.

Beynəlxalq gün”də Azərbaycanla bağlı guşədə ölkəmizə həsr olunmuş kitablar, məlumat broşürləri sərgilənib, milli mətbəximizin nümunələri, milli xörəklərimiz, şirniyyatlarımız təqdim olunub. Yüksək zövqlə hazırlanmış milli suvenirlər də iştirakçıların diqqətini cəlb edib.

Dahran Beynəlxalq Məktəbində təhsil alan azərbaycanlı Mədinə və Əminə Qarayeva bacıları milli rəqslərimizi ifa ediblər.

Azərbaycanlı şagirdlərin ifaları və milli mətbəximizin nümunələri böyük maraqla qarşılanıb.





[email protected]