Özbəkistanın naziri: Azərbaycan və Özbəkistan İKT sahəsində fəal əməkdaşlıq edir

Özbəkistan İKT sektorunu iqtisadi artıma nail olmağın hərəkətverici amili kimi qiymətləndirir. Bu sahədə Azərbaycanla yaxşı münasibətlərimiz inkişaf edir. Bu yaxınlarda özbək startapları və ekosistemin nümayəndələri innovasiya tədbirində iştirak ediblər. İnnovativ ekosistemin əsas tərkib hissəsi tərəflər arasında uzunmüddətli münasibətlərin və əməkdaşlığın inkişafıdır. Azərbaycan və Özbəkistan İKT sahəsində münasibətlərin inkişafının intensivliyi üzərində fəal iş aparırlar.


Özbəkistanın informasiya texnologiyaları və kommunikasiyalarının inkişafı naziri Şerzod Şermatov Bakıda keçirilən "InMerge Innovation” sammiti zamanı bildirib.

Özbəkistanlı nazir əlavə edib: "Özbəkistan 2017-ci ildən bəri IT kompaniyaları üçün əlverişli şərait yaradılması istiqamətinizdə fəal iş aparır. Ölkəmizdə "IT Park” adlanan innovativ ekosistem mövcuddur, burada şirkətlər rezident ola və vergilərdən azad edilə bilər. IT sektorunun işçiləri də başqa sahələrlə müqayisədə daha az vergi ödəyirlər”.

Nazir bildirib ki, Özbəkistanda qarşıya 2030-cu ilədək IT mütəxəssislərinin sayının artırılması vəzifəsi qoyulub.

Ş.Şermatov vurğulayıb: Hazırda Özbəkistanda əvvəllər Qərb ölkələrində fəaliyyət göstərmiş şirkətlərin hesabına IT kompaniyalarının sayında artım müşahidə olunur. Bir çox istedadlı mütəxəssislər də ölkəmizə köçüblər. Bu məqsədlə IT kompaniyalarının sahiblərinin, biznesmenlərin və IT mütəxəssislərinin Özbəkistana gəlişi prosesini sadələşdirən və hər kəsə "IT-Viza” kimi məlum olan xüsusi sxem işlənib hazırlanıb.




[email protected]