Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycanın Baş nazirini Dubay Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.




[email protected]