Azərbaycanın Rusiyadakı səfiri Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyində olub

Azərbaycanın Rusiyadakı səfiri Türkiyənin bu ölkədəki diplomatik nümayəndəliyində olub.

səfir Polad Bülbüloğlu, səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyənin Rusiyadakı səfirliyində olublar.

Polad Bülbüloğlu səfirliyin kollektivi və öz adından fevralın 6-da baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş güclü zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib. Səfir vurğulayıb ki, faciənin ilk dəqiqələrindən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələ bölgəsinə, oradakı insanlara bütün lazımi yardımlar göndərilib və bu gün də bu yardım davam etməkdədir. Azərbaycan xalqı səfərbər olaraq zəlzələnin baş verdiyi ərazilərə, oradakı zərər çəkmiş əhaliyə dəstək üçün əlindən gələni əsirgəmir.

Rusiyada yaşayan azərbaycanlılar da birlik göstərərək, Türkiyəyə humanitar və maliyyə yardımları ediblər. Səfirliyimizin əməkdaşları da bu xeyirxah missiyaya qoşulublar.

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar dəstəyə görə səfir Polad Bülbüloğluna, səfirliyin kollektivinə və hər bir azərbaycanlıya dərin minnətdarlığını ifadə edib. O bildirib ki, bu ağır gündə Türkiyənin Rusiyadakı səfirliyinə çoxlu sayda azərbaycanlı gələrək öz dəstəyini göstərib. Bu faciə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” şüarının yalnız sözdə deyil, əməldə də öz əksini tapdığını sübut edib.




[email protected]