SON XƏBƏRLƏR
DİN: İstirahət günlərində yol-nəqliyyat qəzaları nəticəsində 12 nəfər ölüb

Fevralın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 128, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 115 nəfər saxlanılıb.




[email protected]