SON XƏBƏRLƏR
Üç ayda 3 mindən çox kommersiya qurumu dövlət qeydiyyatından keçib

Yanvar-mart ayları ərzində 3098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, kommersiya qurumlarının 82,2 faizi elektron qaydada, 17,8 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Qeyd olunub ki, 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.




[email protected]