SON XƏBƏRLƏR
Tahir Budaqov: Avropa İttifaqı ilə statistika sahəsində uğurlu əməkdaşlıq mövcuddur

Azərbaycana "Avrostat” tərəfindən qiymət verilib”, - deyə T.Budaqov vurğulayıb.

Azərbaycanda rəsmi statistikanın beynəlxalq standartlara və növbəti mərhələdə Avropa standartlarına uyğunlaşdırılması məsələsi dövlətimizin başçısı İlham Əliyev tərəfindən Dövlət Statistika Komitəsinin qarşısında bir vəzifə olaraq qoyulub.

ictimaifikir.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu prosesi həyata keçirmək üçün Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində 3 tvinninq layihəsi və 1 texniki yardım layihəsi reallaşdırılıb. Üçüncü tvinninq layihəsinin məqsədi də ölkədə biznes statistikasının Avropa standartlarına uyğunlaşdırılması, bu prosesdə Dövlət Statistika Komitəsinin və Dövlət Vergi Xidmətinin mütəxəssislərinin potensialının artırılmasıdır. Bu gün layihə çərçivəsində əsas tərəfdaş ölkə kimi Finlandiya Statistika Bürosu çıxış edib. Eyni zamanda, Litva Statistika Departamenti və Niderland Statistika Bürosu da qatılıb. "Avrostat” tərəfindən bu prosesə bir çox ölkələrdən mütəxəssislər cəlb olunub, layihənin uğurlu icrası təmin edilib, qarşılıqlı səfərlər təşkil olunub.

"Beynəlxalq ekspertlər Azərbaycana səfər edərək burada mütəxəssislərlə birlikdə müəyyən məsələləri həll edib. Statistika Bürosu tərəfindən Avropa İttifaqına ölkəmizdə həyata keçirilmiş beynəlxalq audit nəticəsində hesabat hazırlanıb. Həmin hesabat "Avrostat”ın saytında da yerləşdirilib və Azərbaycanın milli statistika sisteminin əsasən beynəlxalq standartlara uyğunluğu rəsmən təsdiq olunub. Postsovet məkanında, MDB ölkələri sırasında ilk dəfə A




[email protected]