Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.
Hadisə yanvarın 17-də Bakı-Şamaxı-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı sakini, 1988-ci il təvəllüdlü Maxsud Muradov idarə etdiyi "Nissan Patrol” markalı avtomobillə piyada, paytaxt sakini, 1968-ci il təvəllüdlü Xanım İmanovanı vurub. Yaralı daha sonra Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
X.Muradova yanvarın 22-də orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.