SON XƏBƏRLƏR
Bu il “Azərişıq” 100-dən çox kəndin elektrik enerji şəbəkəsini yenidən quracaq

Bu il “Azərişıq” 100-dən çox kəndin elektrik enerji şəbəkəsini yenidən quracaq
 

"Azərişıq” ASC tərəfindən bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

ASC-dən  ictimaifikir.az bildirilib ki, layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.

Görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 95 kilometrə yaxın 10 kV-luq, 103 kilometrə yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.

Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 28 kilometrdən çox 10 kV-luq xətt, 46 kilometrdən çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

 





ictimaifikir.az@mail.ru