SON XƏBƏRLƏR
Nazir müavini: Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə təcrübə mübadiləsi keçiririk

Nazir müavini: Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə təcrübə mübadiləsi keçiririk
Türkiyə və Azərbaycan arasındakı bütün sahələr üzrə birlik dünyada nümunəvi bir birlikdir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfər qazanmasında Türkiyənin verdiyi siyasi-mənəvi dəstək əvəzolunmazdır. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Ankara şəhərində səfərimiz çərçivəsində bir sıra təcrübə mübadiləsi keçmişik.

ictimaifikir.az xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ifadə edib.

Azərbaycan və Türkiyənin sosial xidmətlərə dair eyni funksiyalı iki nazirliyi arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir müavini Hidayət Abdullayev deyib: "Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Ankara şəhərində səfərimiz çərçivəsində bir sıra təcrübə mübadiləsi keçmişik. Ankarada bir çox müəssisələri gəzib, Türkiyə tərəfinin icra etdiyi layihələrlə tanış oluruq. Əksər hallarda bu layihələrin Azərbaycanda tətbiqinə çalışırıq”





[email protected]