Avtomobilinin qaçırıldığını bildirən şəxsin yalanı üzə çıxdı

Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzi”nə oktyabrın 29-na keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən C.Qubadova məxsus "Niva” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla C.Qubadovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması və avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra onun qərəzli olaraq polisə yalan məlumat verməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.




[email protected]