SON XƏBƏRLƏR
Restoranda iki nəfəri cərəyan vurdu

Bərdə rayonunda mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Rayon prokurorluğundan  verilən məlumata görə, Bərdə şəhərində yerləşən "Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub.

Restoranda iki nəfəri cərəyan vurdu

Nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.


 




[email protected]