Ürək bulantılarının qarşısını alan cihaz - FOTO

Kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alan cihaz icad edildi.

Ürək bulantılarının qarşısını alan cihaz - FOTO

İctimaifikir.az  bildirir ki, gəmi və ya təyyarə ilə səyahətlər etdiyiniz zaman ürək bulantılarından tez-tez şikayət edirsinizsə, texnologiyanın inkişafı artıq bu problemə də bir həll təqdim edir. Biləyə taxıla bilən CinvStop adlı yeni cihaz kiçik elektrik şoklarıyla ürək bulantılarının qarşısını alır.

Texniki olaraq bu cihaz ürək bulantısını aradan qaldırmır. Yalnız yaranan ürək bulanması hissini, beyninizə getməyə qoymur. Beləliklə də, problemi yaşadığınızın fərqində belə olmursuz. Bəs bu, necə olur? Zhiqing Ji, Yang Ye və Hengchong Yu tərəfindən hazırlanan cihaz ağıllı saatlar və ya fəaliyyət təqibi edə bilən cihazlar kimi biləyə taxılır. Olduqca zərif bir dizayna malik olan cihaz sinir sisteminin xəbərdarlıqları ötürməsinə kiçik elektrik şoklarıyla maneə törədir. Elektrik şoku deyildiyində gözünüz qorxmasın. Bu şoklar o qədər kiçikdir ki, siz heç vaxt hiss etmirsiniz. Yalnız sinir sisteminizin ürək bulantısına mane olmağa çalışır.

Bunun üçün isə sizin yalnız CinvStop adlı cihazın üzərində iştirak edən kiçik düyməyə basmağınız kifayət edir. Bununla da olmadıq yerlərdə ortaya çıxan mədə bulantısına əlvida deyirsiniz. Sistem o qədər müvəffəqiyyətli şəkildə inkişaf etdirilib ki, xanımların hamiləlik ərəfəsində yaranan ürək bulantılarının belə hiss etməmələrinə mane olur.

Hələ ki, CinvStop adlı ağıllı cihazın nə zaman və hansı qiymətə satışa çıxarılacağı haqqında heç bir məlumat verilmir.




[email protected]