Nazirdən gəlinlərə qeyri-adi hədiyyə - Foto

Hindistanın Madhya Pradesh əyalətində kütləvi toya qatılan nazirin təxminən 700 gəlinə taxta dəyənək paylanması ölkədə mübahisəyə səbəb olub.

Nazirdən gəlinlərə qeyri-adi hədiyyə - Foto

"Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nazir Gopal Bhargava, dəyənəkləri gəlinlərə paylayarkən "Bunları içkiyə meyl göstərən və ya sizə qarşı zorakılıq edən ərinizə qarşı istifadə edin” söyləyib.

Təxminən 40 santimetr uzunluğundakı dəyənəklərin üzərində "Sərxoşları döymək üçün istifadə edilir” və "Polis müdaxilə etməyəcək” mesajları yazılıb.

Nazirin növbəti toylarda paylamaq üçün 10 min dəyənək sifariş verdiyi bildirilir.

 






[email protected]