Türkiyə tanınmış ilahiyyatçı Kadır Məlikova hücum etməkdə şübhəli bilinən İrıskul Beyşenaliyevi Qırğızıstana təhvil verib.
"İctimaifikir.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Ankaradakı səfirliyindən bildiriblər.
Məlumata görə, I.Beyşenaliyev martın 3-də İstanbulda hava limanında Qırğızıstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil verilib və həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə bu ölkəyə göndərilib.
K.Məlikov 2015-ci ildə törədilmiş sui-qəsd hadisəsindən sonra ona qarşı hücumu İŞİD terror qruplaşmasının törətdiyini bildirib. Hücumu törətməkdə şübhəli bilinən İrıskul Beyşenaliyev və Alibek Tilekulu dərhal Türkiyəyə qaçsalar da, bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Suriya ilə sərhəddə saxlanılıblar.
Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən hər iki şəxs İŞİD tərəfdarıdır.