Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu: “Dayanıqlı iqtisadi inkişaf konsepsiyası”

 Heydər Əliyev  və Azərbaycanda dövlət quruculuğu: “Dayanıqlı iqtisadi inkişaf konsepsiyası”

Çinarə Qəhrəmanova

ADİU-nun dosenti

 

Azərbaycan dövlətçiliyinin minilliklərlə ölçülən tarixi vardır. İraqdan başlayaraq Əfqanıstana qədər ərazini əhatə edən bir dövlət qurmağı və idarəetməyi bacarmaqla Azərbaycan xalqı dövlətçiliyi yaradan milli ideyaya hər zaman sahib olduğunu göstərmiş və taxirin müxtəlif mərhələlərində bu ideyanl müxtəlif formada həyata keçirmişdir.

Bir hissəsi bu gün Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazilər uzun illər iri dövlətlərin təcavüz obyekti olmuşdur. Ancaq bu gün biz öz müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən tanınan, sayca bir o qədər də çox olmayan xalqlardan biriyik.

Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi millətin strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmasıdır.

Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə isə lider faktorudur. XX əsrin ortalarından etibarən ulu önndər Heydər Əliyevin şəxsində tarixin Azərbaycan xalqına bəxş etdiyi lider Azərbaycanın və azərbaycanlıların yenidən özünü dərk etməsinə səbəb oldu. O, XX əsrin ortalarından başlayaraq tamamilə yeni bir Azərbaycan yaratdı. Öz siyasəti, inkişafı, müasirliyi, dayanıqlılığı, etibarlılıqlığı ilə bütün dünyaya səs salan bir Azərbaycan…

Təbii ki, bütün ümdə hədəflərə çatmaq üçün dövlətin möhkəm iqtisadi dayaqları olmalıdır. Ulu öndərin sözü ilə desək: "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”

Heydər Əliyev SSRİ-nin tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. İqtisadi və sosial sferalarda geri qalan Azərbaycan bu dövrdən etibarən inkişaf səviyyəsinə görə SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənməyə başladı. Bu, ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. Heydər Əliyev Azərbaycanda Kommunist Partiyasının sədri seçilməmişdən qabaq Azərbaycan iqtisadiyyatında durğunluq və tənəzzül hökm sürürdü. Lakin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da bu yüksək inkişaf Azərbaycanı digər ölkələrdən fərqləndirirdi. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan respubika rəhbərlərindən heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Heydər Əliyevin bu fəaliyyəti sahəsində Azərbaycanda sənaye infrastrukturu dəyişdi. Azərbaycanda digər sahələrlə yanaşı, sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu.

Heydər Əliyevin 1969-1982–ci illər fəaliyyətinin elə ilk dövrlərində Azərbaycanda sürətli iqtisadi inkişaf inkaredilməz bir həqiqət oldu. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün,tezyetişən tərəvəzin,tütünün,çayın ən böyük istehsalçısı oldu.. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu. 1969-1982-ci illər arasında ölkənin rəhbəri olduğu dövrlərdə sosialist modeli içərisində bir çox önəmli uğurlara imza atmış, Azərbaycanın SSRİ-nin ən inkişaf etmiş respublikaları içərisində yer tutmasına nail olmuşdu. Heydər Əliyev Siyasi büroya işləməyə çağırılsa da, yenə də, onun diqqəti və qayğısı nəticəsində Azərbaycan bu inkişafını qoruyub saxlayırdı.

Lakin XX əsrin sonlarından etibarən Azərbaycan öz iqtisadi inkişafda zəifləməyə başladı. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da bununla yanaşı ortalığa bir çox problemlər də çıxdı. Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtsadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökümət qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadiyyatı sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu. 70 ildən artıq Sovet rejiminin tətbiq etdiyi planlaşdırma modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil və inkişaf etmiş dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin bu o qədər də asan deyildi. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə mane olan əsas səbəblər idi. Ölkə daxilində iqtisadi inkişaf və əhalinin yaşam səviyyəsinin yəksəlməsindən çox hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın təbii sərvətlərinin kortəbii mənimsənilməsi və ölkənin daxilində hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını xeyli zəiflətdi.

1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı. Çünki o ölkənin iqtisadi potensıalını yaxşı bilir və insanların ona inamı ilə daha əvvəl də olduğu kimi böyük uğurlara imza atmağın mümkünlüyünə inanırdı.

Onun atdığı qətiyyətli addımıar öz nəticəsinin verdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün vergi sahəsində və sahibkarlığın inkişaf etdirməsi yolunda bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya nəticəsində dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, əhalinin alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin aşağı səviyyəd olması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu.

Belə bir şəraitdə iqtisadi inkişafı təmin edə biləcək strateji mənbəyə ehtiyac var idi. Və bu strateji mənbə neft resursları idi. Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri neft sahəsində oldu. Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə büdcənin gəlirlərini təmin etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi "məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Bu bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi. Müqavilədə adları çəkilən dövlətlər Azərbaycan ilə bütün sahələrdə əlaqələr qurmağa can atırdılar. Müqavilə yalnız Heydər Əlliyevin şəxsi nüfüzu və təminatı əsasında gerçəkləşməyə başladı.

Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Əvvəl qeyd etdiyimiz kimi Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücə malik idi. 1995-2003–cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan modelı yaratdı. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi:"Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”.Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən başlayaraq daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır.

Bu dövrdə Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi.

İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi. Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Aasiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur.

Azərbaycanın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrindən biri də neft sənayesidir. Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir. Heydər Əliyev neft sahəsində bir çox uğurlara imza atmışdır. Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Və yorulmaz əməyi nəticəsində Heydər Əliyev Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı ildə Moskvada Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. 1996-cı ildə Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan "Azəri”, "Çıraq”, "Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light” markası ilə dünya bazarına çıxarılmasıdır.

Heydər Əliyevin neft sahəsində növbəti ən böyük uğurlarından biri BTC (Barkı-Tbilisi-Ceyhan) lahiyəsi oldu. Heydər Əliyev "Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi.Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.

Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalamışdır. Bu addımlar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaratdı.

Bu gün Heydər Əliyevin əməlləri və ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev əməllərinin davamıdır. Bu siyasətin məğzində Azərbaycanın iqtisadiyyatının inkişafı və əhalisinin yaxşı yaşaması əsas meyarlardan biridir. Azərbaycan və Azərbaycan xalqı var olduqca, Heydər Əliyev əməlləri və ideyaları daim yaşayacaq və qorunub saxlanacaq.

İqtisadi inkişaf sürətinə görə dünyada lider ölkələrdən olan Azərbaycan bu gün öz müasir və çevik iqtisadi siyasətinə görə fərqlənir. Güclü əsasları olan Azərbaycan iqtisadiyyatı və onun cəlbedici imkanları artıq Qərb-Şərq, Şimal-Cənub arasında inteqrasiya rolunu oynamaqdadır. Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış iqtisadi qərarları Azərbaycanın iqtisadi qüdrətini dayanlıqlı etməyə hesablanmışdır və bu qərarlar artıq öz nəticələrini verməkdədir.


 

 

 




[email protected]