Misilsiz uğurlara imza atan Qalib ölkə

KƏRƏM CAHANGİR OĞLU MƏMMƏDOV
BDU, "Diplomatiya və müasir inteqrasiya prosesləri”
kafedrasının dosenti,
siyasi elmlər namizədi, "Heydər Əliyev-100” 
media mükafatı laureatı 

Son 20 ildə Azərbaycan sürətlə inkişaf edərək böyük bir tarixi missiyasını icra edib. Dünya tarixinin son 50 ilinə baxsaq, görərik ki, heç bir dövlət öz ərazisini müharibə yolu ilə işğalçılardan azad edə bilməyib. Azərbaycan isə bu şanlı səhifəni Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, yüksək diplomatik məharəti və güclü iradəsi ilə yaza bilib.
Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  hazırda diaspor quruculuğu istiqamətində müasir dövrlə səsləşən genişmiqyaslı siyasət həyata keçirir: “Dövlətimizin  başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri hesab edir. Son 22 ilin mühüm hadisələrindən biri də Ümummilli Liderin Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi sahəsində əsasını qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında”   Sərəncamına uyğun olaraq  2006-cı  il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Sonrakı illərdə Dünya Azərbaycanlılarının III, IV qurultayları keçirildi.
Vətən müharibəsində tarixi Zəfərimizdən ötən 5 ilin əlamətdar hadisələrindən biri də məhz Qarabağın tacı, döyünən ürəyi Şuşanın şahidliyi ilə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V- Zəfər Qurultayının keçirilməsidir. Həmin Qurultaydakı çıxışında “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır” söyləyən Prezident İlham Əliyev onu da  bildirdi ki,  bu gün alnımız açıqdır,  üzümüz gülür,  başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq,  Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”.
Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.llərdi bütün sahələrə göstərilən diqqət və qayğı hər sahədə də öz uğurları ilə üz-üzə gəlir. Artıq ölkəmiz güc dövləti kimi dünyaya səs salır. Ölkə rəhbərimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, güclü komandanlığı və ağılı sayəsində qüdrətimiz günü gündən artır. Beynəlxalq səviyyədə nüfuzumuz daha da güclənir. 
Bu gün Azərbaycanın harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran uğurlarından, söz sahibliyindən, qalib ölkə olaraq diktə edən tərəf olmasından bəhs edirik. Bütün bu uğurların təməlində düşünülmüş və gələcəyə hesablanmış siyasət dayanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Onun layiqli davamçısı Prezident İlham Əliyev son 20 ildən artıq dövrdə Azərbaycanı zirvələrə ucaldır. Artıq bu arzumuz, amalımız gerçəkdir- İşğal altında olan torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib, dünya gücləri Azərbaycanla hesablaşır və yaratdığı reallıqları qəbul edirlər. 
Bütün arenalarda hər zaman gücümüzlə qüvvəmizi nümayiş etdirmişik. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mərd oğulları, mərd Komandan və məğrur xalq birliyi hesabına döyüş meydanında düşmənin başını əzdi. Və bu cür qalib xalq olaraq bizim idman meydanlarında da hər zaman qalib gəlməyimiz igidlik nümunəsidir. Əldə olunan nəaliyyətlər təkcə indiki dövr üçün deyil, eyni zamanda yetişən gənc nəsil üçün böyük Vətənpərvərlik nümunəsidir. Necə ki illərdi bu uğurla aparıldı və şərəflə Vətən oğulları Vətənini müdafiə etdi bundan sonra da qələbəmiz davamlı və məğrur olacaq. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir.
Birliyimiz sayəsində necə torpaqlarımızın işğaldan azad edilməsinə nail olduqsa,  o cür  də bu ərazilərimizi cənnətə çevirəcək, soydaşlarımızın tam şəkildə öz doğma yurd-yuvalarına qayıdışının sevincini yaşayacağıq. Dövlət başçısı İlham Əliyevin “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər” çağırışı dünənimizə və bugünümüzə baxış, gələcəyimizə çağırışdır. 
Hazırda Qalib ölkəmiz müqəddəs Ramazan və təbiətin oyanış rəmzi sayılan Novruz bayramlarını qeyd edir. Fürsətdən istifadə edərək, xalqımızı bayramlarmünasibətilə təbrik edir, bolluq, sülh, davamlı uğurlar arzulayıram. 

20.03.2026


[email protected]