"Qarabağ"ın istədiyi futbolçu millidə qol vurdu

Afrika Millətlər Kuboku-2019-un seçmə mərhələsinə start verilib.

"Qarabağ"ın istədiyi futbolçu millidə qol vurdu

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycana köçmək variantı olan Tokelo Rantienin komandası Cənubi Afrika Respublikası (CAR) yığması səfərdə Nigeriya ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. CAR-ın qollarından birinə Rantie imza atıb. O, 54-cü dəqiqədə vurduğu qolla hesabı açıb.
 
81-ci dəqiqədə Persi Taunun qolu matçda yekun hesabı müəyyənləşdirib.
 
Qeyd edək ki, E qrupunda yer alan CAR millisi Nigeriya ilə yanaşı, Liviya və Seyşel adaları yığmasi ilə mübarizə aparır. 




[email protected]