SON XƏBƏRLƏR
Heydər Əliyev ucalığı

Heydər Əliyev ucalığı 
MUSTAFAYEV MEHRƏLİ AĞAXAN OĞLU
Yardımlı rayonu S.N.Abıyev adına Köryədi kənd
tam orta məktəbinin direktoru,
"Heydər Əliyev-100” media 
medalı mükafatı laureatı

22may 1958-ci ildə Əlibayramlı rayonunun Qaragünə kəndində anadan olmuş,Yardımlı rayonunda boya-başa çatmış,M.F.Axundov adına rayon 2saylı orta məktəbi bitirdikdən sonra 1976-cı ildə M.F.Axundov adına APİ-nun Rus dili və Ədəbiyyatı fakultəsinə daxil olmuşdur.
1981 ci ildə ali məktəbi bitirib Yardımlı rayonunun Köryədi kəndində pedaqoji fəaliyyətə başlamişdır.10 il müəllim işlədikdən sonra Yardımlı rayon İcra Hakimiyyətində humanitar şöbədə böyük məsləhətşi,RİH başçısının Vəlixanlı ərazi nümayəndəsi və s. Məsul vəzifələrdə çalışmışdır .1997-2000-ci illərdə APKİA vəYH institutunda ikinci ali təhsil almaqla psixoloq kimi institutda pedaqoji fəaliyyətini davam etdirmiş, 2000-ci ildən Yardımlı rayonu Köryədi kənd tam orta məktəbinə direktor təyin edilmişdir. Hazırda həmin vəzifəni icra edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 3 kitab müəllifidir. Mehrəli Mustafa bədii yaradıcılıqla 1978-ci ildən məşğul olur. Yazıları dövri mətbuatda,qəzet və jurnallarda tələbəlik illərindən çap olunur "Qızıl Qələm” mükafatçısıdır. 1995-ci ildən YAP üzvü,1995-1998 və 2000-2017 YAP Yardımlı təşkilatının Köryədi ilk təşkilatının sədri kimi siyasi fəaliyyətini davam etdirmişdir. İşlədiyi hər bir vəzifədə dövlət və dövlətçiliyə, Ümummilli lider H.Əliyev irsinə sadiq qalmış, sədaqətlə xidmət etmiş.onun davamçısı böyük sərkərdə, müdrik siyasətçi, qürur duyduğumuz Prezidentimiz İ.Əliyevin siyasi kursunu fəxrlə dəstəkləmişdir. Dəfələrlə H.Əliyev Mərkəzi,RİH,RTŞ və müxtəlif ictimai təşkilatlar tərəfindən fəxri fərmanlarla mukafatlandırılmışdır. Yardimlı rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvüdür.
Ailəlidir, 4 övlad atasıdır. Həyat yoldaşı ali təhsilli müəllimədir
Övladları hər biri ali təhsil almaqla müxtəlif peşə sahibləridir.
***
Heydər Əliyev ucalığı 
Sovetlər imperiyası dağıldıqdan sonra Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparır, respublikanın sosial və siyasi dayaqlarını sarsıdaraq onun mövcudluğunu şübhə altına qoyurdu. 1991-93-cü illərdə xarici qüvvələrin dəstəyi və ölkə daxilində baş verən hərbi-siyasi xarakterli hadisələr respublikamızda ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmiş, vətəndaş həmrəyliyi pozulmuş, ərazilərimiz bir-birinin ardınca işğal edilmiş, Dağlıq Qarabağ və onun ətrafında baş verən proseslər dövlətin idarə olunmasını nəzarətdən çıxarmış, xaos, vətəndaş qarşıdurması kulminasiya həddinə çatmışdı. Belə bir vəziyyətdə xalqın mənafeyinə xidmət edən siyasət yürüdən, bazar iqtisadiyyatına uyğun islahatlar aparmağı bacaran, ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün düşünülmüş, təsirli tədbirlər həyata keçirən rəhbərə ehtiyac vardı. Xalq öz xilasını bu tarixi missiyanın öhdəsindən layiqincə gələ biləcəyinə əmin olduğu, böyük dövlət xadimi Heydər Əliyevdə gördü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev siyasi rəhbərliyə dəvət edildi. Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi, dövlət düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas edildi.
Ümummilli lider müharibəni səngərlərdən diplomatiya masası arxasına keçirməklə, həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi. Ümummilli liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildənilə artması təmin edildi.
Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İran, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.
Ulu öndərin tarixi xidmətlərindən biri də uzun illərdir, dayanıqlığını saxlayan, hakim partiya olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Zaman göstərdi ki, əsası ulu öndər tərəfindən qoyulan və 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası daim inkişaf edən, fəaliyyətini genişləndirən, Heydər Əliyev ideyalarının daşıyıcısı olaraq onu müasir çalarlarla zənginləşdirən partiyadır. Yarandığı gündən partiyaya mütəmadi axının, sıralarının genişlənməsinin kökündə də məhz Heydər Əliyev ideyalarının yaşadılması ilə yeni təfəkkürün sintezi dayanır.
 Zamanında "Yeni Azərbaycan Partiyasında gənclərə daha da çox imkan vermək lazımdır. Yeni Azərbaycan Partiyası XXI əsrin - üçüncü minilliyin partiyasıdır” söyləyərkən ulu öndər Heydər Əliyev məhz bu günümüzün təməlini inşa edirdi. Bu dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün partiya sıralarında gənclərin sayı 40 %-ə yaxındır. Bu gün gənclər dövlət strukturlarında, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda, ictimai sferada geniş şəkildə və layiqincə təmsil olunurlar. Azərbaycan gəncliyinin səsi beynəlxalq tribunalardan gəlir, bayrağımızı beynəlxalq arenalarda yüksəldir. "Bizim gərək gənc kadrlarımız üzə çıxsın, özlərini müxtəlif sahələrdə sınaqdan keçirsin, təcrübə toplasın və XXI əsrdə onlar bizim bu gördüyümüz işlərin, yaratdığımız bu bünövrənin, təməlin üzərində qalxan, ucalan və böyük dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar” deyərkən ulu öndər Azərbaycanın məhz bu gələcəyinə hədəflənmiş indi həyatda öz təsdiqini tapan proqramını açıqlayırdı.
Bu gün biz qüdrətli və müstəqil dövlətin övladları olaraq firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü Azərbaycanı bizə miras qoyan xalqın ümummilli lideri Heydər Əliyev sözün bütün mənalarında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Bu sonsuza qədər uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident İlham Əliyevin timsalında etibarlı əllərlə idarə olunan ölməz əsərində - müstəqil Azərbaycan Respublikasının gündəngünə inkişafında, möhkəmlənməsində, qüdrətlənməsində təcəssüm edir. "Xalq öz prezidentinə inanır” fikri, İlham Əliyevin xalqa yönəlik apardığı siyasətdə real əksini tapır. Prezidentin xalqla təmasları, onun əhalinin real gəlirlərinin və sosial rifah halının artırılması yöndəki fəaliyyəti daxili vəziyyətin dönməzliyini təmin edir. Bu, həm də uğurlu xarici siyasətin aparılmasını stimullaşdırır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev öz andına sadiq qalaraq bütün sahələrdə ümummilli lider Heydər Əliyevin siyasətini uğurla və prinsipiallıqla davam etdirir, çoxlarının proqnozlaşdıra bilmədiyi müvəffəqiyyətlərə imza atır. Və bütün bu uğurlar Azərbaycan iqtidarının siyasəti ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin tandemi ilə müşaiyət olunur. Heç şübhəsiz, xalq partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası xalq partiyası kimi də fəaliyyətini davam etdirir. Partiyanın gücü də məhz bundadır, Prezident İlham Əliyevin dediyi kimi: "Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondadır ki, Prezidentin və Yeni Azərbaycan Partiyasının liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.




[email protected]