Nərmin Mehdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Müasir Azərbaycan dili kafedrasının müəllimi
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
HEYDƏR ƏLİYEV
Gənclərlə bağlı məsələləri həmişə Ümummilli lider Heydər Əliyev öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi onun gənclərlə bağlı gördüyü işlərindən bəllidir. Beləki, Heydər Əliyev hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir ki, bu da həm Azərbaycan dövlətinin güclənməsi, həm də Azərbaycan gənclərinin savadlı bir gələcək üçün inkişafına gətirib çıxardırdı. Sovet İttifadı dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində 50-dən artıq iri şəhərlərdə, 170 –dən çox nüfuzlu ali məktəbdə 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil alması məhz gəncliyin güclənməsinə, Azərbaycan gəncliyinin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şəraitin yaradılmasına nail olmuşdur.
Heydər Əliyevin gənclərlə bağlı atdığı ilk siyasəti 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması oldu. Daha sonra isə Ümumimilli liderin 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi barədə təşəbbüs irəli sürərək, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş verərək özü də bu tədbirdə şəxsən iştirak etməsi gəncliyə verdiyi böyük dəyər və ümidin nəticəsi idi. Bir ildən sonra 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayaraq gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmli olduğunun sənədlərlə sübutunu göstərdi. Gənclər həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd etdilər.Gənclərlə bağlı digər bir siyasət isə gəncləri gördükləri işdə daha da həvəsləndirmək və onları dəyərli hiss etdirmək üçün irəli sürdüyü “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” oldu. Bununla yanaşı digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental bazanın yaradılması müasir gəncliyin elmə, təhsilə, mədəniyyətə, idmana və s. sahələrə olan maraqlarının artmasına və Azərbaycanı dünya mədəni, siyasi, iqtisadi arsenalında layiqincə tərənnüm etməsinə gətirib çıxartdı. Bu qəbildən olan proqram və sərəncamların siyahısı hər sahəyə uyğun şəkildə öz çoxluğunu təşkil edir. Bu qəbildən olanlardan bir neçəsi də 1996-2002-ci illərdə qəbul olunan "Bədən tərbiyəsi və idman haqqında", “Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramlarıdır ki, bu da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi. Eyni zamanda gənclərin idman, incəsənət sahəsində uğurlarının artmasına da səbəb oldu.