Ayda dəfn mərasimləri keçiriləcək

Amerika Federal Aviasiya Administrasiyası özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verib. Bunun ardından "Celestis" şirkəti "Moon Express" şirkətilə Aya səyahət çantası adlı maraqlı layihə üzərindən müqavilə imzalayıb.

Ayda dəfn mərasimləri keçiriləcək

İki həftə ərzində Ayda təcrübələr aparacaq şirkət Yerə yüksək keyfiyyətli təsvirlər göndərməklə yanaşı, 2017-ci ildən etibarən Ayda dəfn mərasimləri keçirəcəyini bildirib.

 

Ayda dəfn olunmaq istəyən insanların külünü müəyyən məbləğ qarşılığında Aya göndərəcək şirkət Ayda dəfn mərasimləri üçün qiymətlərini belə açıqlayıb. 1 qram kül 12 min 500, 3 qram kül 25 min və 7 qram kül isə 50 min dollar təşkil edir. (publika.az)




[email protected]