Qatillərin bıçaqlarını toplayıb sənət əsəri yaratdı - FOTO

Böyük Britaniyada hazırlanmış 8 metr hündürlüyündəki mələk heykəlini görən hər kəs təəccüb və heyranlıq içində qalır.

Bu əsər 100 000 ədəd bıçaqdan hazırlanıb.

Qatillərin bıçaqlarını toplayıb sənət əsəri yaratdı - FOTO

Alfiy Radley adlı sənətçinin 2 ilə ərsəyə gətirdiyi bu əsər şiddətə məruz qalmış insanları anmaq, cinayət törətməyə fərqli baxış bucağından baxmaq və bıçağın səbəb olduğu ölümlərin qarşısını almaq məqsədilə hazırlanıb.

Heykəlin ana materialı olan bıçaqlar İngiltərə və Şotlandiyada törədilmiş cinayətlərdə istifadə olunub və polislər tərəfindən Radleyə bu layihə üçün hədiyyə edilib.

 

Bıçaqların bəzilərinin üzərində cinayətlərin qurbanı olmuş insanların adları yazılıb. Radley bıçaqlar üzərində saatlarla işləyərək, onların kəskinliyini də aradan qaldırıb.

"Bıçaq Mələyi" adı verilən heykəl hazırda paytaxt Londondakı Trafalqar meydanında sərgiənir. (publika.az)




[email protected]