Türkiyədə müalicə və müayinə neçəyədir? - QİYMƏTLƏR

Bütün dünyada olduğu kimi Azərbaycanda da müalicə və müayinə üçün xarici ölkələrə üz tutanlar var. Yerli vətəndaşlar üçün xaricdə müalicə təşkil edən şirkətlərdən verilən məlumata görə azərbaycanlılar müalicə üçün daha çox İran, Almaniya, Rusiya, İsrail və Türkiyəni seçirlər. İctimaifikir.az bildirir ki, fins.az Türkiyədə müalicə ilə maraqlananların çox olduğunu nəzərə alaraq bu ölkədə müalicə və əməliyyat qiymətlərini öyrənib. Medacila Travel şirkətinin nümayəndəsi Cahangir Şirinlinin verdiyi məlumata görəTürkiyədə tam çek up müayinənin qiyməti 311 dollardan başlayır.

Türkiyədə müalicə və müayinə neçəyədir? - QİYMƏTLƏR

Neyrocərrahiyyə

Hidrosefaliya əməliyyatı, şuntlama (şuntlama aparatın qiyməti daxil deyil) - 7600 dollar
Lumbar laminektomiya - 6300 dollar
Qamma bıcaq (Gammaknife) - 9700 dollar
Sayber bıcaq (Cyberknife) - 9700 dollar

Ümumi cərrahiyyə

 

Mədə kiçiltməsi əməliyyatı, sleeve gastrectomy - 12000 dollar
Mədə kiçiltməsi əməliyyatı, bypass - 13500 dollar
Fundoplikasiya, laparoskopik - 12300 dollar
Xolesistektomiya (öd kisəsinin ləğvi) - 5800 dollar
Subtotal qastrektomiya - 8900 dollar

Kardiocərrahiyyə

Aorta koronar şuntlama - 10000-20000 dollar
Urologiya
Sistektomiya, total - 10300 dollar
Varikoselektomiya - 3400-6400 dollar
Qaraciyər Transplantasiyası 75000 - 100000 dollar
Süni Mayalandırma (prosedurlar, dərmanlar, transfer, tərcüməçi) - 3500 dollar
Saç əkimi (prosedurlar, dərmanlar, şampun, oteldə gecələmə, transfer) - 1700 dollar
Mammoqrafiya - 170-250 dollar
KT - 380-840 dollar
MRT - 430-680 dollar
Doppler - 170 - 420 dollar
Həkim konsultasiyası 125-150 dollar
Standart Çek-Ap - 1100 TRY - 311 dollar
Geniş Çek-ap kişi - 1950 TRY - 552 dollar
Geniş Çek-ap qadın - 2250 TRY - 636 dollar
40 yaşdan yuxarı qadın Çek-ap - 1700 TRY - 481 dollar
40 yaşa qədər qadın Çek-ap - 1250 TRY - 353 dollar
40 yaşa qədər kişi Çek-ap 1300 TRY - 368 dollar
40 yaşdan yuxarı kişi Çek-ap 1500 TRY- 424 dollar
Uşaq ətraflı Çek-ap 1250 TRY - 353 dollar
VİP kişi və qadın Çek-ap 2750 TRY - 778 dollar




[email protected]