Dünyada 30 milyon adam narkotik aludəçisidir

Hər il dünyada 250 milyon adam narkotik qəbul edir. Onlardan 30 milyonu narkotik aludəçisidir. Qalanları narkotikdən arabir istifadə edir, bura ildə bir dəfə narkotik qəbul edənlər də daxildir.

İctimaifikir.az-ın Novator.az-a istinadən  məlumatına görə, bu statistikanı BMT-nin Narkotik və Cinayətlər İdarəsinin icraçı direktoru Yuri Fedotov mayın 18-də Sankt-Peterburqda beynəlxalq hüquq forumunda çıxış edərkən açıqlayıb.

 Yuri Fedotov bildirib ki, dünyada əhalinin sayı artdıqca narkotik aludəçilərinin də sayı artır. O vurğulayıb ki, hazırda narkotik əleyhinə qüvvədə olan mexanizm tam yararsız deyil, amma bu mexanizm narkotik qəbulunun qarşısını ala da bilmir.

BMT təmsilçisinin sözlərinə görə, hər il dünyada 200 minə yaxın adam narkotik üzündən həyatını itirir: "11 milyon 500 min nəfər narkotiki inyeksiya vasitəsilə qəbul edir. Bu üsulla narkotik qəbul edənlərin 52%-i Hepatit C virusuna, 14%-i HİV virusuna yoluxub. Bu rəqəmlərin arxasında milyonlarla insanın və onların yaxınlarının faciəsi dayanır”.




[email protected]