Türkiyə mətbuatı Fərda Xudaverdiyev haqda yazıb və onu "Azərbaycanın Cem Yılmazı” adlandırıb.
İctmaifikir.az Musavat.com-a istinadən xəbər verir ki, "Yanlış anlama” filmində rol almaq üçün qardaş ölkəyə gedən Fərda ekran işi ilə bağlı keçirilən mətbuat konfransında boks əlcəklərini geyinərək, aktyor Şahan Gökbakara səslənib.
Aktyor "Recep İvedik-5” filmində qalmaqala səbəb olan azərbaycanlı ilə türk idmançının döyüş səhnəsinə münasibət bildirib: "Şahan qardaş, bu iş cüssəyə baxmaz, ekrandan olmaz. Gəl, döyüşək”.
Daha sonra Fərda zarafat etdyini deyib: "Təbii ki, zarafat edirəm, Şahan qardaşımız, bizim canımızdır. Filmdə bir zarafat edib, biz onu hər zaman sevirik".
Fərdanın bu addımı Türkiyə mətbuatında "Azərbaycanlı aktyor Şahana meydan oxudu” başlığı ilə təqdim olunub.
Qeyd edək ki, ekran işində Fərda ilə yanaşı, Pərvin Abiyeva və İslam Mehrəliyev də rol alacaq.