İmran Xanın partiyası parlamentin tərkibindən çıxıb

Pakistanın sabiq hökumət başçısı İmran Xanın "Təhrik-i-İnsaf” partiyası baş nazir postuna planlaşdırılan seçkilərdən öncə parlamentin tərkibindən çıxıb.

ictimaifikir.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin sabiq xarici işlər naziri, "Təhrik-i-Insaf” partiyasının vitse-prezidenti və partiyanın baş nazir postuna namizədi Şah Mahmud Kureşi bildirib.

Şah Mahmud Kureşinin adı səsvermə bülletenində qalsa da, müxalif "Pakistan Müsəlman Liqasının” prezidenti Şəhbaz Şərif baş nazir postuna yeganə namizəd sayılır.

Qeyd edək ki, aprelin 9-da Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq votumu təqdim edib. Qərarın qəbul edilməsi üçün 172 səs lazım olduğu halda, 174 deputat onun lehinə səs verib.

İmran Xan etimadsızlıq votumundan sonra verdiyi ilk açıqlamada xarici sui-qəsdçilərə qarşı azadlıq mübarizəsinin başladığını elan edib. Onun sözlərinə görə, müstəqil siyasət kursu "xarici gücləri”, əsasən də ABŞ-ı qıcıqlandırır və müxalifətin etimadsızlıq votumunun arxasında məhz onlar dayanır. ABŞ Dövlət Departamenti isə öz növbəsində bunun həqiqətə uyğun olmadığını bildirib.




[email protected]