Çin olimpiya atəşkəsinə əməl etməyə çağırıb

Çin olimpiya atəşkəsinə əməl etməyə çağırıb
 
 

Çin dünya ölkələrini olimpiya atəşkəsinə riayət etməyə çağırıb.

ictimaifikir.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə çağırış edən Çin Xalq Respublikasının BMT yanında daimi nümayəndəsi Çjan Tszyun bir ay əvvəl 173 dövlətin Pekin Qış Olimpiya Oyunlarının keçiriləcəyi dövrdə olimpiya atəşkəsinə dair BMT-nin qətnaməsini dəstəklədiyini xatırladıb.

O qeyd edib ki, Çin bütün dünya ictimaiyyətini olimpiya atəşkəsi ənənəsinə əməl etməyə və BMT Baş Assambleyasının qətnaməsinə hörmətlə yanaşmağa çağırır. Olimpiadadan istənilən münaqişə tərəfləri arasında dialoqa başlamaq və qarşıdurmadan çəkinmək üçün istifadə edilməlidir.

Qədin Yunanıstanda Olimpiada zamanı bütün hərbi əməliyyatlar qadağan olunmuşdu. 1993-cü ildə BMT tarixi olimpiya atəşkəsi ənənəsini yenidən bərpa edib.

Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.





[email protected]