ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bu haqda ABŞ-ın NBC telekanalı xəbər verir.
Məlumata görə, Ağ evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.
Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qanun hələ 1995-ci ildə ABŞ Konqresi üzvləri tərəfindən qəbul olunub.