Son günlər beynəlxalq koalisiyanın Suriyanın Rakka və Deyr-ez-Zor şəhərlərində İŞİD-lə mübarizəsi nəticəsində 100-dən çox dinc sakin həlak olub.
İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O Brayen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib. "Təkcə ötən həftə su növbəsinə dayanmış 30 qadın və uşaq Deyr-ez-Zor ərazisində İŞİD-in hücumu zamanı ağır xəsarət alıb. Əlavə olaraq, 100-dən çox dinc sakin Rakkanın şimal-şərqində və Deyr-ez-Zorda İŞİD-in qüvvələrinə endirilmiş zərbələrin qurbanı olub. Onların əksəriyyəti qadınlar və uşaqlardır" – deyə O Brayen bildirib.
Son günlər İŞİD terror qruplaşmasının Deyr-ez-Zorun yaşayış məntəqələrini minaatanlardan atəşə tutduğu xəbər verilir. Suriyanın milli xəbər agentliyi "SANA" ötən həftə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Deyr-ez-Zorun Əl-Məyadin şəhərinə hava zərbəsi endirməsi barədə məlumat yayıb. Zərbə nəticəsində daha 35 dinc sakin həlak olub.