Moskvada baş verən güclü qasırğa Kremlin Senat sarayının dam örtüyünün bir hissəsini uçurub.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, insidentin görüntüləri hadisə şahidləri tərəfindən lentə alınıb.
Kadrlarda dam örtüyünün metal hissələrinin necə qopduğu görünür.
Bazar ertəsi baş verən təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 137 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Milli.Az