İraqın paytaxtında dondurma satılan mağazanın yaxınlığında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partlayıb.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 10 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.